Abşeronda 30 yaşlı oğlanın meyidi küçədən tapıldı
13 İyun 2013 14:42 KriminalAbşeronda gənc oğlanın meyidi küçədə tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 12-də Abşeron rayonu Ceyranbatan qəsəbəsində tapılıb. Qəsəbə ərazisində üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı kişi meyiti tapılıb. Hazırda meyidin şəxsiyyəti müəyyənləşdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31