Bir gündə 4 nəfər evində zəhərləndi

Azərbaycanda bir gündə 4 nəfər evində zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 12-də baş verib.  Biləsuvar rayon sakini İfadə Hüseynova, Gəncə şəhər sakini, azyaşlı Çingizxan Məmmədov, Ağdam rayon sakini Hüseyn Hüseynzadə evlərindən kimyəvi məhluldan zəhərlənib. İyunun 13-də isə Xırdalan şəhər sakini Bahadur Kərimov evindən alkaqoldan zəhərlənmə ilə xəstəxanalara gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31