DİN Bakı-Şamaxı yolundakı dəhşətli qəza barədə məlumat yaydı
13 İyun 2013 14:38 KriminalDaxili İşlər Nazirliyi iyunun 12-də Bakı-Şamaxı yolunda baş verən dəhşətli yol qəzası barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına isinadən verdiyi xəbərdə bildirilir ki, həmin gün saat 13.30 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsinin ərazisində Füzuli rayon sakini Dəyanət Quliyevin idarə etdiyi "Howo" markalı və Bakı şəhər sakini Samir Rəhimovun idarə etdiyi "Toyota Land-Cruiser" markalı avtomaşınlar toqquşub. Nəticədə S.Rəhimov və sərnişinləri, Bakı şəhər sakinləri İsmayıl Quliyev, Aygün Səfərəliyeva və Günay Bünyatova hadisə yerində ölüb, xəsarət almış digər sərnişini, Bakı şəhər sakini Cavid Mustafayev isə xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31