Bakıda sərnişin avtobusu ağır qəza törətdi
Hadisə yerinə təcili yardım həkimləri, polis əməkdaşları və xilasedicilər cəlb olunub
13 İyun 2013 13:31 KriminalBu gün saat 11:20 radələrində Bakının Səbael rayonu ərazisində sərnişin avtobusu ağır qəzaya uğrayıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən əmlumata görə, Muxtarov küçəsi ərazisində, Bibiheybət yolunda 88 saylı avtobusla "Prado" markalı minik maşını toqquşub. İlkin məlumata görə, qəzada 10-a yaxın insan ağır yaralanıb.
Hadisə yerinə təcili yardım həkimləri, polis əməkdaşları və xilasedicilər cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31