Azərbaycanda yol qəzaları ötən illə müqayisədə artıb

Bu ilin ilk 5 ayında respublikada baş verən yol qəzalarında 443 nəfər ölüb.Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, yanvar ayından iyun ayının 1-ə qədər respublika ərazisində 1148 yol qəzası qeydə alınıb. Nəticədə 1247 nəfər xəsarət alıb, 443 nəfər ölüb.
Hesabat dövründə piyadaların vurulması ilə nəticələnən 453 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 351 nəfər yaralanıb, 154 nəfər ölüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il yol-nəqliyyat hadisəsi 10%, ölüm halları 41%, xəsarət alanların sayı 9% artıb.
K.Əliyev qeyd edib ki, hesabat dövründə paytaxt ərazisində 417 yol-nəqliyyat hadisəsi baş verib, 428 nəfər xəsarət alıb, 137 nəfər ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31