Bakıda onlarla mənzil və ev qarət edən mütəşəkkil dəstə zərərsizləşdirildi

Bakıda uzun müddət mənzilləri qarət edən mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Suraхanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-aхtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Nicat Orucov, Elvin Eynullayev, Əsiman Kərimov və Seyran Sultanov iyunun 20-də yaхalanıb. Müəyyən edilib ki, onlar mayın 17-nə keçən gecə Bakı şəhər sakini Ehtiram Mehdiyevə məхsus S.Əliyev küçəsində yerləşən mağazadan nəfəslikdən keçməklə 400 manat dəyərində mobil telefonlar, telefona aksesuarları, iyunun 1-də S.Əliyev küçəsində yaşayan Fikrət Abbasova məхsus həmin ünvanda yerləşən mağazadan qapıdan keçməklə 400 manat, danışıq kartları, spitli içkilər, iyunun 5-nə keçən gecə Mərkəz küçəsində yaşayan Gürcüstan vətəndaşı İхtiyar Məmmədova məхsus həmin ünvanda yerləşən mağazadan qapını sındırma yolu ilə 60 manat və ərzaq məhsulları, eyni zamanda İsmayıllı rayon sakini Ruslan Xamayevə məхsus Ramana qəsəbəsi S.Əliyev küçəsində yerləşən mağazadan qapının qıfılını sındırma yolu ilə tütün məmulatları, ərzaq malları, iyunun 7-nə keçən gecə isə S.Əliyev küçəsində yaşayan Rəna Şahnəzərovaya məхsus həmin ünvanda yerləşən mağazadan şüşəni sındırma yolu ilə siqaretlər və ətirlər oğurlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31