Bakıda iki narkotika alverçisindən 30 kiloqram marixuana aşkarlandı

Bakıda iki şəhər sakinindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.  Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Səbayel Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Andrey Milkovdan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Həmin gün Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbəsi B.Dadaşov küçəsində yaşayan Anar Yahyayevin həyətindən ümumi çəkisi 25 kiloqram olan 87 ədəd çətənə kolu və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31