“Laçın” ticarət mərkəzindən oğurluq edən qadın tutlub
21 İyun 2012 14:46 KriminalBakıda fəaliyyət göstərən məhşur "Laçın" ticarət mərkəzindən oğurluq edilib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, iyunun 20-də Qara Qarayev prospektində yerləşən "Laçın" ticarət mərkəzində Xətai Orucova məxsus piştaxtadan Bakı sakini Viktoriya Kotliyar bir cüt sırğa oğurlayıb. Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qızılı oğurlayan qadın tutulub. Müəyyən edilib ki, o, iyunun 18-də həmin ticarət mərkəzində Azad Aşırova məxsus piştaxtadan da eyni üsulla bir cüt sırğa oğurlayıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31