Gəncədə arvadının boğazını kəsən ər yaxalandı

Gəncədə ər keçmiş arvadının boğazını kəsib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin dsaytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 11-də Gəncə şəhərində baş verib. Goranboy rayon sakini Hicran Əsədov qısqanclıq zəminində keçmiş arvadı Əsmərə boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib.  Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əsədov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31