Bakılı narkobiznesmen ələ keçdi
12 İyun 2013 16:09 KriminalBakılı narkobiznesmen Cəlilabadda yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyl məlumat yayıb. "OLAYLAR"ın nazirliyi n saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 11-də baş verib. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tərxan Manafovdan 4 kiloqram 305 qram marixuana, 100 qram tiryək və 0,145 qram kokain götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31