Mingəçevir Balıq Zavodunda ölüm

Azərbaycanda bir gündə iki nəfəri tok vurub öldürüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, bədbəxt hadisədən biri  iyunun 11-də Kürdəmir rayonunun Ərəbqulu kəndində baş verib. Kənd sakini Zahid Səmidov su nasosu vasitəsi ilə bağ sahəsini suvararkən elektrik cərəyanı vurması nəticəsində ölüüb.

Həmin gün  Mingəçevir şəhər sakini Vədat Orucov Balıq Zavodu ərazisində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31