Bakıda qadın yaşadığı evin qarşısında öldürüldü

Bakının mərkəzində qadın yaşadığı evin qarşısında qətlə yetirilib. Bu barədə "OLAYLAR"a Nəsinmi rayon Prokurorluğundan məlumat verilib. Məlumata  görə, hadisə iyunun iyunun 20-dən 21-nə keçən gecə baş verib. Rayonun 4-cü mikrorayon, 20 Yanvar küçəsi 27 b saylı binanın qarşısında Bakı şəhər sakini Elşad Rüstəmov  həmin ünvanda yaşayanTahirə Orucovanı bıçaqlayıb. E. Rüstəmov qadını bir neçə bıçaq zərbəsilə qətlə yetirərək hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. araşdırma aparılır. Hadisənin hansı səbəbdən törədildiyi məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31