Yasamal Qaz İdarəsinin 5 əməkdaşına cinayət işi başlandı

Çilingərlər “Azəriqaz”a 10 min manat ziyan vurub

"Azəriqaz" İstehsalat Birliyinin 5 əməkdaşı barədə cinayət işi başlanılıb. "OLAYLAR"ın məlumatına görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.  Qurumun mətbuat xidmətinin məlumatına görə, "Azəriqaz"ın 5 çilingəri abonentlərin qaz xətlərinə müdaxilə etməsinə, qaz pulunun müəyyən edilmiş tarif əsasında ödənilməməsinə şərait yaradıb və göz yumub: " May ayında Yasamal rayon Qaz  İstismar Sahəsindən "Azəriqaz" İB-nə məktub daxil olub. Məktubda qeyd edilib ki,  hadisə nəticəsində idarəyə ümumilikdə 9539 manat 4 qəpik ziyan vurulub. "Azəriqaz" İB də məsələ ilə bağlı Bakı şəhər Prokurorluğuna müraciət edib və məsələnin araşdırılmasını istəyib". Faktla bağlı prokurorluqda idarə əməkdaşları Rauf Məmmədov, Oqtay Yaqubov, Mehman Xudayarov və Ramiz Əliyev barəsində Cinayət Məcəlləsinin 189.1.4-cü (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31