Bakının Nizami rayonu ərazisində gənc oğlanın qanı axıdılıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, NZS qəsəbəsində yaşayan 27 yaşlı Kənan Mirzəmmədov bıçaqlanıb. Bıçağı onun sinəsinə sancıblar. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31