65 qadını zorlayan silsilə manyak saxlanıldı VIDEO
40 yaşlı Yevgeniy Şutovun qurbanları 10-28 yaş arasında olub
12 İyun 2013 07:57 KriminalKazan qadınlarını 10 ildən artıq qorxu içində saxlayan və 65 qadını zorlamaqda şübhəli bilinən 40 yaşlı Yevgeniy Şutov 10 iyunda Tatarıstanın Kazan şəhərində saxlanılıb. ANS PRESS-in lenta.ru-ya istinadən verdiyi məlumata görə, istintaqın versiyasında Şutovun Kazan sakinlərinə 2003-cü ildən hücum etdiyi bildirilir. Onun qurbanları arasında azyaşlılar da olub. Şutkovun hesabında ölüm yoxdur; əgər qadın aktiv şəkildə müqavimət göstəribsə , o, öz məqsədindən vaz keçib. Müqavimət göstərməkdən qorxan qadınları isə bəzən dəfələrlə zorlayıb.
Yevgeniy Şutov 1973-cü ildə doğulub. Anadan olduğu yer naməlumdur. O, ilk dəfə 21 yaşında - 1994cü ildə quldurluq maddəsi ilə 6 il həbs edilib. 5 ildən sonra azadlığa buraxılıb və Kazanda məskunlaşıb. İstintaqın versiyasına görə məhz orada 2003-cü ildən seksual xarakterli cinayətlər törətməyə başlayıb. Şutov eyni zamanda ailə qurmağa cəhdlər göstərib. KİV-lər onun Naberejnıye Çelnı şəhərində arvadının, Kazanda birlikdə yaşadığı qadının olduğunu yazır. Ola bilsin ki, Naberejnıye Çelnıda yaşayan arvadı, elə Kazandakı qadındır.
Şutov xırda bizneslə məşğul olub. O, bir neçə kiçik firmanın təsisçisi olub ki, bunlar həqiqətdə ciddi şirkət olmayıblar. Bundan başqa Şutov "Kirbi" tozsoranlarının yayıcısı olub, yəni bu malların yayımı ilə məşğul olub. İstintaqın versiyasına görə, bu vəzifə ona cinayətlərini törətməyə kömək edib.
Şutkovun qurbanları 10 - 28 yaş arasında, uzunsaçlı gözəl qızlar olub. Manyak qurbanlarını bir neçə gün izləyərək onların gündəlik qrafikini öyrənir. Əgər qadın evdə tək olubsa, Şutov evə soxulub. O, ya tozsoran almağı təklif edib, ya da özünü aşağı mərtəbədəki qonşu kimi təqdim edərək evinə su axmasından şikayətlənib. Əgər evə soxulmaq təhlükəli olubsa, Şutov qurbanına evin girişində hücum edib. Onunla birlikdə liftə girib, bıçaqla hədələyib, yuxarı mərtəbəyə qalxıb və zorlamanı həyata keçirib.
Hüquq-mühafizə orqanları onlarla qadının şikayətini araşdırarkən zorlamaların silsilə xarakterli olduğunu və eyni şəxs tərəfindən həyata keçirildiyi qənaətinə gəlib. Lakin manyakın şəxsiyyətini müəyyən etmək şansı yalnız 2012-ci ildə meydana çıxıb; zərərçəkmişlərdən biri təcavüzkarın qırmızı "Opel Astra" avtomobiliylə qaçdığını bildirib. Şutovu avtomobilinin markası ilə saxlamaq mümkün olmayıb. O, avtomobilini birlikdə yaşadığı qadına buraxdıqdan sonra qaçıb. Qadın da Şutovdan ayrıldığını və bir ildən artıqdır ondan xəbərsiz olduğunu deyib.
Müstəntiqlər onu pulsuz adamların qala biləcəyi yerlərdə - monastırlarda, vərəm dispanserlərin belə axtarıblar. Bundan başqa onun fotoları mütəmadi olaraq kütləvi informasiya vasitələrində yayımlanıb. Onun yerini xəbər verənə isə 1 milyon rubl mükafat elan edilib. Sonda məhz bu variant Şutovu ələ verib. 2013-cü ildə o, Anapadan Kazana qayıdıb və 10 iyunda adı gizli saxlanılan vətəndaş polisə zəng vuraraq manyakı yaşadığı binanın həyətində gördüyünü məlumat verib.
Polislər həmin ərazini axtardıqda zabit Oleq Malkin Şutova bənzər birinin binadan çıxdığını görür və ondan sənədlərini göstərməsini xahiş edir. Şutov əminliklə cavab verir ki, sənədləri evdə qalıb. O, sənədlərini göstərməyə razılaşır və deyir ki, onu gözləyən taksini buraxdıqdan sonra evə qalxıb sənədləri gətirəcək. Malkin onunla maşına qədər müşayiət etməklə razılaşır. Yolun yarısında Şutov onu itələyir və qaçmağa başlayır. Malkin və həmkarı 80 metr qaçdıqdan sonra onu tuturlar. Təslim olmaq istəməyən manyak müqavimət göstərır. Əbəyaxa davada o, cibindən bıçaq çıxarmağa cəhd göstərən zaman polislər onu ram edə bilirlər.
Yevgeniy Şutov bir gün kimliyini gizlətsə də, polis 11 iyunda saxlanılan şəxsin məhz bir ildir axtarışda olan silsilə manyak olduğunu dəqiqləşdirib.