Siqaret qutusu yerə düşdü, içindən psixotrop maddə çıxdı...
11 İyun 2013 17:09 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Sənəm Mürşüdovanın əl yüklərinə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı o, çantalardan birini yerdən götürüb yoxlanılması üçün masanın üzərinə qoymaq istəyərkən, əynindəki mantonun sinə hissəsindən 1 ədəd "G1" markalı siqaret qutusu yerə düşüb. Həmin siqaret qutusuna baxış zamanı qutunun içərisindən 2 ədəd bükümdə, ümumi xalis çəkisi 0,708 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr"in I Siyahısına daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31