Naxçıvanda dəhşətli yol qəzası, bir ailənin 4 üzvü öldü
11 İyun 2013 16:10 KriminalNaxçıvanda dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 10-da saat 05.00 radələrində Culfa rayonunun Camaldın kəndi ərazisində baş verib. Kəngərli rayon sakini Fərman Süleymanovun idarə etdiyi "VAZ-21154" markalı və Naxçıvan şəhər sakini Məmməd Dövlətovun idarə etdiyi "NAZ Lıfan C-620" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər 2 sürücü və F.Süleymanovun sərnişinləri, atası Məmməd, qızları Nəsrin, Nəzrin, habelə M.Dövlətovun sərnişinləri, Ordubad rayon sakinləri Raisa Məmmədova və onun qızı Günel xəstəxanaya yerləşdirilib. F.Süleymanov, Məmməd, Nəsrin və Nəzrin orada ölüb. Culfa RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31