Bakıda ər-arvad evində qanına qəltan edildi
11 İyun 2013 16:09 KriminalBakıda ərlə arvad ikisi birdən bıçaqlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 10-da saat 23.30 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Salyan rayon sakini Şahin Əsədov münaqişə zəminində orada yaşayan qohumları Elton Məmmədova və onun arvadı Şöləyə bıçaqla xəsarət yetirib. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əsədov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31