Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında qətl

Gəncədə universitet yataqxanasında qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 10-da Gəncə şəhəri Gülüstan qəsəbəsindəki Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında baş verib. Yataqxanadan orada yaşayan Kəlbəcər rayon sakini Şəhriyar Əlbəndov bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb.  Nizami (Gəncə) RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31