Bakıda şadlıq evində qan töküldü
11 İyun 2013 14:12 KriminalBakıda şadlıq evində qan tökülüb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi məlumat yayıb. "OLAYLAR"ın məlumatına görə, hadisə iyunun 9-u saat 23 radələrində Binəqədi şossesində baş verib. Ərazidə yerləşən Zəngəzur şadlıq sarayının qarşısında Cəlilabad rayon sakini Cəfər Bağırlı bıçaq хəsarətlərilə KTM-ya yerləşdirilib. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Cəlilabad rayon sakini Elşən Bağırzadə iyunun 10-da yaхalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31