Mahal İsmayıloğlunun oğlu həbs olunub
21 İyun 2012 01:12 Kriminal"Xalq qəzeti"nin sabiq baş redaktoru, tanınmış jurnalist Mahal İsmayıloğlunun oğlu dünən Heydər Əliyev adına Hava Limanında həbs olunub. Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.Bu barədə Müstəqil İnformasiya Agentliyinə hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumat verən mənbə mia.az-a deyib ki, Mahal İsmayıloğlunun oğlu bir neçə bankla qanunsuz maliyyə əməliyyatları və digər saxta işlərdə təqsirləndirilir: "Mahal İsmayıloğlunun oğlu ölkəni tərk etmək istərkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Hava Limanında saxlanıldı".Xəbər bu dəqiqələrdə daxil olduğundan tərəflərdən münasibət öyrənə bilmədik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31