70 min manat dəyərində qızıl-zinət əşyaları oğurlandı
Qızıl mağazası qarət olunub
11 İyun 2013 13:37 KriminalBakıda qızıl mağazası qarət olunub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən əmlumata görə, Əlizadə Cabbarova məxsus Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən "Ağ Saray" ticarət mərkəzində qızıl məmulatlarının satışı mağazasından qapını sındırma yolu ilə içərisində 70 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.
Xəzər Rayon Plis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Həsən Əhmədov, Seymur Sovqatov və Yaşar Hacıyev iyunun 10-da yaxalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31