İş adamı “Gənclik” kafesini fahişəxanaya çevirdi

Onun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşları qadınları fahişəliyə cəlb edən şəxsi həbs edib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki "Gənclik" kafesində oranın sahibi, Goranboy rayon sakini Məmməd İbrahimovun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31