Bakıda silahlı insident

Atəş açan şəxs axtarışa verildi

Bakıda silahlı insident törədən şəxs axtarışa verilib. Bu barədə Daxili İşlər Nazirıliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 9-da Sabunçu rayonu M.Fətəliyev küçəsində baş verib. Bakı şəhər sakini Samir Əliyev naməlum şəxslə mübahisə edərkən xuliqanlıq zəminində ov tüfəngindən 2 dəfə atəş açaraq həmyerlisi İlqar Hüseynova məxsus "Opel" markalı avtomaşının arxa şüşəsini sındırıb özünə məxsus "Lada-Priora" markalı avtomaşında hadisə yerindən qaçıb. Hadisə yerinə baxış zamanı 2 ədəd giliz götürülüb. S.Əliyevin tutulması üçün Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31