Bakıda toyda faciə

Ölüm hadisəsinə görə məclis yarımçıq yekunlaşdırılıb

Ötən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində keçirilən toy mərasimində ölüm hadisəsi baş verib. Rayon polis İdarəsindən lent.az-a verilən məlumata görə, Badamdar qəsəbəsi, Badamdar şosesi 3 ünvanında yerləşən "Bəyoğlu" şadlıq sarayında keçirilən toy mərasimi zamanı 1951-ci il təvəllüdlü Səfərəliyeva Aliyə Qüdrət qızının halı qəfil pisləşib. Bir neçə dəqiqədən sonra qadın dünyasını dəyişib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, artıq gec olub.

İlkin məlumata görə, 62 yaşlı qadın ürək tutmasından vəfat edib. Ölüm hadisəsinə görə məclis tez yekunlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31