Bakıda hündürmərtəbəli bina yandı, sakinlər evakuasiya edildi
10 İyun 2013 11:47 KriminalBakıda daha bir hündürmərtəbəli binada yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Xətai rayonundakı hündür mərtəbəli yaşayış binasında baş verib. Binanın 6-17-ci mərtəbələr arası şaxta boyu kabellər 33 p.m 6 ədəd elektrik sayğacı və vətəndaşa məxsus ümumi sahəsi 173 kv.m olan 4 otaqlı mənzilin mətbəxində 6 kv. m sahədə əşyalar (mətbəx mebeli, paltaryuyan və soyuducu ) yanıb. Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 10 nəfər bina sakini, o cümlədən 1 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillər və digər mərtəbələrdəki elektrik kabel və sayğacları yanğından mühafizə olunub. Yanğın saat 10:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.