Gəncə Alüminium Zavodunda iki nəfərin ölməsilə bağlı cinayət işi başlandı
20 İyun 2012 17:28 KriminalBaş Prokurorluq iyunun 17-də Gəncə şəhərində fəaliyyət göstərən "Detal Alüminium" Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisində iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanması barədə məlumat yayıb. "OLAYLAR"a Baş Prokurorluğs istinadən yaydığı məlumata görə, hadisə iyunun 17-də axşam saat 17 radələrində baş verib. MMC ərazisində söküntü işləri aparılarkən 66 metr uzunluğunda dəmir-beton konstruksiyalı tavanın çökməsi nəticəsində fəhlələr - 1975-ci il təvəlldüdlü Feyzullayev Vyaçeslav Mahmud oğlu və 1977-ci il təvəllüdlü Seyfullayev Səlim Səttar oğlu uçqun altında qalaraq aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitlərə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş və fakta görə həmin tarixdə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq iş üzrə məhkəmə-tibb ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.