Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyyə olunub

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, binanın 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan dördotaqlı mənzilin dəhlizinin və sanitar qovşağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Yanğın zamanı 1 nəfər xilas olunub və 45 nəfər bina sakini təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31