Uçqun altında qalmış şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Sabir qəsəbəsi, Pirsaat çayı kənarından vətəndaş keçərkən torpaq uçqunu baş verib. FHN-dən "Olaylar"a verilən məlumata görə,  dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş torpaq uçqunu altında qalaraq  xəsarət alıb. Zərərçəkən yanğınsöndürən-xilasedicilər tərəfindən qazılaraq çıxarılıb və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31