Dənizdə batma təhlükəsilə üzləşən şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən batmaq təhlükəsilə üzləşmiş şəxs xilas edilib. Bu barədə FHN-dən "Olaylar"a verilən məlumata görə, hadisə Bakı şəhəri, Qaradağ rayonu ərazisində baş verib. Belə ki, sözügüdən ərazidə 1 nəfər dənizdə çimərkən batma təhlükəsi ilə üzləşib. Görülmüş müvafiq tədbirlər nəticəsində həmin şəxs xilas edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31