Avtomobil iribuynuzlunu vurdu, yanğın baş verdi

Qəbələ rayonu, Mirzəbəyli kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili  yoldan keçən iri buynuzlu heyvanı vurub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  bu zaman  yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.  Ərazidəki ağaclar yanğından mühafizə olunmaqla yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31