Qapı arxasında qalmış azyaşlı xilas edilib
7 İyun 2013 13:13 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. FHN-dən "Olaylar"a verilən məlumata görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək eyvandan daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31