Gəncədə yol qəzasında vəzifəli şəxs həlak olub
Dövlət Sığorta Agentliyinin Goranboy Rayon Şöbəsinin müdiri yol qəzasında dünyasını dəyişib
7 İyun 2013 11:09 KriminalAPA-nın məlumatına görə, hadisə iyunun 6-sı saat 21.30 radələrində Gəncə şəhəri Heydər Əliyev prospektində baş verib.Dövlət Sığorta Agentliyinin Goranboy Rayon Şöbəsinin müdiri, 1958-ci il təvəllüdlü İkram Hətəmov idarə etdiyi "Chevrolet" markalı avtomobili yolun kənarında işıq dirəyinə çırpıb.İ. Hətəmov hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, o, ürək çatışmazlığından əziyyət çəkirmiş, sükan arxasında da ürəyi dayandığına görə idarəetməni itirib.Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31