Bakıda növbəti avtobus qəzası: çoxlu sayda yaralı var

Xəsarət alan 9 nəfər xəstəxanaya çatdırılıb

Bakıda növbəti dəfə avtobus qəzası baş verib. APA-nın məlumata görə, yol qəzası Zabrat qəsəbəsində qeydə alınıb. Qəzanı 105 saylı xətt marşrutu ilə hərəkət edən "DAEWOO" markalı sərnişin avtobusu törədib. Nəticədə 9 nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31