Bakıda iki “KAMAZ” toqquşdu

1 nəfər öldü, digəri ağır yaralandı

Bakıda "KAMAZ" markalı iki yük avtomobili toqquşub. Bu barədə məlumatı "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən veriblər. Məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax yolunun 37-ci kilometrliyində "KAMAZ" markalı 2 ədəd yük avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnib, sürücülərdən biri hadisə yerində ölüb, digər sürücü yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarıb aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 04:16-da başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31