Bakıda evdə partlayış olub, qadın yanıb
Evin sahibi xəstəxanaya yerləşdirilib
6 İyun 2013 17:15 KriminalÖtən gün Bakının Xəzər rayonunda mənzillərin birində güclü partlayış baş verib. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, Şüvəlan qəsəbəsi Muradov küçəsində mənzildə qaz balonu partlaması nəticəsində ev sahibəsi 32 yaşlı Ülkər Quliyeva yanıb. Qadın ağır yanıq xəsarətlərilə xəstəxanaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31