DİN Bakıda iranlı şirkət direktorunun öldürülməsilə bağlı məlumat yaydı
6 İyun 2013 16:40 KriminalDaxili İşlər Nazirliyi iyunun 5-də Bakıda şirkət direktorunun xüsusi amansızlıqla qətlə yetirilməsi barədə rəsmi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərdə deyilir ki, Yasamal rayonu Azərbaycan prospektindəki Göyçay Kərpisan LTD MMC-nin ofisində, həmin cəmiyyətdə icraçı direktor işləyən Türkiyə vətəndaşı Alim Məhəmmədin üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti tapılıb.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31