Bakıda müəmmalı qətl: əcnəbi şirkət direktoruna ofisində 15-ə yaxın bıçaq zərbəsi vuruldu
6 İyun 2013 11:13 KriminalQətlə yetirilən Türkiyə vətəndaşı ilə bağlı məlumatlar əldə edə bildik. Yasamal Rayon Prokurorluğundan aldığımız məlumata görə, mərhum Alim Məhəmmədi "Kərpicsan" şirkətinin direktorudur.Beş ildən artıqdır Azərbaycanda fəaliyyət göstərən şirkətin əsas fəaliyyəti Göyçay rayonunun Cəyirli kəndindədir. Təxminən bir həftə əvvəl Bakıya gələn A.Məhəmmədinin dünən ofisdə qan içərisində meyiti tapılıb. Naməlum şəxslər ona 15-ə yaxın bıçaq zərbəsi vurublar.Qətlin motivi hələlik məlum deyil.
---------
09:39
Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 20:00 radələrində Azərbaycan prospekti ev 23 mən 20 ünvanında yerləşən "Göyçay Caspian" MMC-nin ofisində qeydə alınıb. Ofisdə 1969-cu il təvəllüdlü Türkiyə vətəndaşı Alım Məhəmmədin meyiti aşkarlanıb.Meyitə baxış zamanı A.Məhəmmədin çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirildiyi məlum olub. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.Faktla bağlı araşdırma aparılır.