Dəhşətli statistika: Bu il Azərbaycanda 28 qadın öldürülüb VIDEO

Öldürülən qadınların əksəriyyəti xüsusi amansızlıqla qətlə yetirilib

Qubanın Aşağı Atuc kəndində 25 yaşlı Elman Mahmudov həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinərək saxlanıb. Elman Mahmudov həyat yoldaşı Ofelya Paşayevanı mübahisə zamanı döydüyünü və yumruq zərbəsi alan qadının elə ordaca keçindiyini deyir.  Müstəqil araşdırmalara görə bu ilin 5 ayı ərzində 28 qadın ailə münaqişələri zəminində öldürülüb. "Təmiz Dünya Qadınlara Yardim" İB-nin sədri Mehriban Zeynolovanın sözlərinə görə, öldürülən qadınların böyük hissəsi xüsusi amansızlıqla qətlə yetirilib. Mehriban Zeynalova bu cür faktların sayının artmasını qadınların öz hüquqlarını bilməməsi ilə əlaqələndirir. Onun sözlərinə görə üzləşdikləri zorakılıq barəsində aiddiyatı quruma məlumat verməkdən çəkinirlər. Ümumiyyətlə zorakılığa məruz qalmış qadınlar ilk növbədə ərazi üzrə polis bölməsinə müraciət etməlidir. Hüqüqşünas Tahir Əlirzayevin sözlərinə görə 2010-cı ildə məişət zorakılığı haqqında qanun qəbul edilib. Eyni zamanda cinayəti törədənlərə qarşı cinayət məcəlləsinə uyğun iş açılır. Amma bütün bunlar faciə baş verdikdən sonrakı cəzanı nəzərdə tutur. Bu cür hadisələrin qarşısını almaq üçünsə az iş görülür.

Qeyd edək ki, cinayət məcəlləsində də qəsdən sağlamlığa ağır, yüngül zərər vurma maddələri yer alıb. Bu maddəyə əsasən müqəssiri 3 ildən 8ilədək azadlıqdan məhrumetmə cəzalası gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31