Mingəçevirdə qadını doğrayan şəxsə 15 il cəza

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Mingəçevir şəhər sakini Qurbani Şəfiyevin məhkəməsi başa çatıb. Məhkəmədən "OLAYLAR"a verilən məlumata görə, hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə Q.Şəfiyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Qurbani Şəfiyev ötən ilin iyunun 27-də Mingəçevir şəhər sakini Xəyalə Xəlilovanı qətlə yetirib.
Hadisə aralarında yaranmış şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə baş verib. O, ifadəsində X.Xəlilovanı balta ilə baş nahiyəsindən vuraraq qəsdən öldürdüyünü, həmçinin mənzildən "Nokia" markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb gizləndiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31