77 yaşlı qocanı qətlə yetirən ata-oğula 29 il cəza verildi
5 İyun 2013 18:02 KriminalŞəki Apellyasiya Məhkəməsində qarət məqsədilə qəsdən adam öldürməkdə təqsirləndirilərək həbs olunan Mingəçevir şəhər sakinləri Kamran Rüstəmov və Orxan Rüstəmovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İnşallah Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm elan olunub. Məhkəmənin hökmü ilə Kamran Rüstəmov 15 il, Orxan Rüstəmov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Kamran və Orxan Rüstəmov ötən il fevralın 28-də Mingəçevir şəhər sakini 77 yaşlı Əfsər Abdurəhmanovu yaşadığı mənzilində çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetiriblər.
İstintaq müəyyən edib ki, fevralın 27-də oğlu Orxanla birlikdə mərhumun yaşadığı mənzilə qarət məqsədilə gələn Kamran Rüstəmov gətirdiyi dəmir parçası ilə Əfsər Abdurəhmanova çoxsaylı zərbələr endirməklə onu öldürüblər. Onlar evdə olan qızıl-zinət əşyalarını və pensiya kartlarını götürüb, izi itirmək üçün cinayət aləti olan dəmir parçasını və istifadə etdikləri əlcəkləri atıblar.