Azərbaycan DİN-in yol qəzasına düşən şöbə rəisi xəstəxanada dünyasını dəyişib
5 İyun 2013 17:07 KriminalBir neçə gün əvvəl yol qəzasına düşən Daxili İşlər Nazirliyinin şöbə rəisi xəstəxanada dünyasını dəyişib. Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, mayın 29-da aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya gətirilən Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektor İdarəsinin Nəzarət Əlaqələndirmə şöbəsinin rəisi, polis polkovniki Həsənov Elşən Ağahüseyn oğlu bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, hadisə mayın 29-da Bakının Heydər Əliyev prospektində baş verib. "VAZ-21014" markalı, "90 FP 614" dövlət nömrə nişanlı avtomobil "Hyundai" markalı, "10 XO 058" dövlət qeydiyyat nişanlı maşınla toqquşub.
Nəticədə hər iki maşında yanğın baş verib. Qəza zamanı 3 nəfər - Bakı sakinləri, 24 yaşlı Əliyev Taleh Həsənağa oğlu, 1987-ci il təvəllüdlü Xəlilov Fərid Rasim oğlu və polis polkovniki Həsənov Elşən Ağahüseyn oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.