Bakıda sərnişin avtobusunda dəhşət: 1 ölü
5 İyun 2013 16:21 KriminalBakının Binəqədi rayonu ərazisində sərnişin avtobusunda dəhşətli hadisə baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə 109 saylı avtobusda olub. Belə ki, Elşən Şirəliyev Binəqədi rayonu ərazisində Müstəcəb Ağayevin idarə etdiyi "Daevoo" markalı 109 saylı xətt avtobusunun açıq qalmış qapısından yıxılıb. Sərnişin ağır yaralanıb. Onu xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31