İki nəfəri bıçaqlayıb qaçan tutuldu

Bakı polisi paytaxtda iki nəfəri bıçaqlayıb qaçan şəxsləri yaxalayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, bıçaqlanma hadisəsi aprelin 8-də Nəsimi rayonu ərazisində baş verib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 8-də Aytən Rzayevaya və Ümid Qarayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakinləri Mahir Quliyev və Abbas Talıbov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31