Bir gündə 10 ton narkotika aşkarlandı
6 rayondan yığılan çətənə kolları məhv edilib
20 İyun 2012 14:23 KriminalAzərbaycanda bir gündə 10 ton narkotik maddə aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Daşkəsən, Gədəbəy, Ucar, Oğuz, Qəbələ və Göygöl rayonlarında baş verib. Daşkəsən RPŞ əməkdaşları tərəfindən Astaf kəndinin ərazisində yabanı halda bitmiş ümumi çəkisi 1 ton 850 kiloqram olan 3 min 750 ədəd çətənə kolu yığılaraq məhv edilib. Həmin gün Uсar RPŞ əməkdaşları tərəfindən yabanı halda bitmiş ümumi çəkisi 1987 kiloqram olan 684 ədəd, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Oğuz RPŞ Bayan kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 2 ton 184 kiloqram olan 2 min 184 ədəd, Gədəbəy RPŞ əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş çəkisi 932 kiloqram olan 1151 ədəd, Qəbələ RPŞ əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş ümumi çəkisi 3 ton 590 kiloqram olan 4 min 940 ədəd, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Göygöl RPŞ əməkdaşları tərəfindən Balçılı kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 2 ton 160 kiloqram olan 2 min 930 ədəd çətənə kolu yığılaraq məhv ediblər.