İsmayıllıda ferma yandı, 14 baş heyvan külə döndü
20 İyun 2012 14:20 Kriminalİsmayıllıda mal ferması yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirlyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 19-da saat 23.30 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində baş verib . Kənd sakini Rəhim Ağayevə məxsus yardımçı təsərrüfatda yanğın qəfil baş verib. Nətiсədə yardımçı təsərrüfatın yanar kostruksiyaları, oraya yığılmış ot yanıb, 12 baş inək və 2 baş qoyun tələf olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31