Narkobaron Bakıda 6 kilo narkotika ilə yaxalandı

Bakı polisi paytaxtda narkotika alveri ilə məşğul olan şəxsi 6 kiloqrama yaxın narkotika ilə birlikdə yaxalayıb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Vaqif Qəmbərovun evindən  2 kiloqram 433 qram marixuana,  həyətyanı sahəsində isə ümumi çəkisi 3 kiloqram 161 qram olan 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31