Bakıda qəzada yaralanan 13 nəfərdən 11-i evə buraxılıb

2 nəfər isə xəstəxanada müalicə alır

İyunun 20-də saat 00.15 radələrində Bakının Nizami rayonu ərazisində avtomobillərin toqquşması nəticəsində yaralanan 13 nəfərdən 11-i evə buraxılıb. Bu barəıdə Daxili İşlər nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumat görə, həmin vaxt  "Mersedes" və "VAZ-2107" markalı avtomaşınlar toqquşub, ölən və xəsarət alan olmasa da , bununla əlaqədar hadisə yerinə 1 qrup şəxs toplaşıb və bu zaman oradan keçən Bakı şəhər sakini Fuad Əliyevin idarə etdiyi "Merсedes" və Şərur rayon sakini Elçin Əliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.  F.Əliyev idarəetməni itirdiyindən hadisəyə baxan 13 nəfər şəhər sakinlərini vurub. Artıq yaralılardan 11 nəfəri tibbi yardınm aldıqdan sonra vəziyyətləri normal olduğu üçün evə buraxılıb. 2 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31