BQXK Azərbaycan nümayəndəliyinin rəhbəri qarət olundu
5 İyun 2013 12:33 KriminalBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Deniz Duran Bernandın evindən oğurluq edilib.Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Deniz Duran Bernand bu barədə polisə şikayət ərizəsi ilə müraciət edib.Polisə ünvanladığı şikayət ərizəsində o qeyd edib ki, yaşadığı Bakı şəhəri, Rəşid Behbudov küçəsində yerləşən mənzilinə daxil olan naməlum şəxs onun əl çantasını oğurlayıb. Deniz Duran Bernand oğurlanan çantasında şəxsi əşyalarının, sənədlərinin və az məbləğdə pulun olduğunu qeyd edib.Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31