Qubada ər qeyri-rəsmi nikahda yaşadığı arvadını qətlə yetirib

Qubanın Aşağı Atuc kəndində ər arvadını qətlə yetirib.
Trend Regional TV-yə istinadən məlumat verir ki, bu gün günorta saatlarında Quba rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Aşağı Atuc kəndində qeydə alınan hadisə zamanı kənd sakini, 1988-ci il təvəllüdlü Mahmudov Elman Valeh oğlu qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayaraq qətlə yetirib.
Kənd sakinlərinin bildirdiyinə görə, Elman Mahmudov 1 ildir qeyri-rəsmi nikahda yaşayır. Bu nikahdan onun 39 günlük uşağı var. Elman Mahmudov fəhləliklə məşğuldur.
Hazırda hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq işlər aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31